Restoranın kassasından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 13 iyun, AZƏRTAC
Nərimanov rayonunda restorandan oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisindəki restoranlardan birinin kassasından 5365 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Ömərov Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.