Rezidenturaya ərizə qəbulunun vaxtı fevralın 28-i saat 23.59-dək uzadılır
Bakı, 21 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-2020-ci tədris ili üçün rezidenturaya elektron ərizə qəbulunun vaxtı fevralın 28-i saat 23.59-dək uzadılır.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, fevralın 21-i saat 17.15-ə olan məlumata əsasən 853 namizəd (Azərbaycan bölməsi - 739; rus bölməsi - 114) elektron ərizəsini təsdiq edib. 41 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər fevralın 28-i saat 23.59-dək ərizələrini təsdiqləyə bilərlər.
Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtadək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ərizəsini təsdiq etməyən namizədlər imtahana buraxılmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]