RİQADA AZƏRBAYCAN-LATVİYA HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN 2-Cİ İCLASI KEÇİRİLƏCƏKDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 15-də Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası keçiriləcəkdir. Bu məqsədlə Komissiyanın həmsədri, iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 14-də Riqa şəhərinə yola düşəcəkdir.
Azərbaycan tərəfdən Komissiyaya Xarici İşlər, Maliyyə, Sənaye və Energetika, Mədəniyyət və Turizm, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman nazirliklərinin, eləcə də Milli Bankın yüksək vəzifəli rəsmiləri daxildir. Latviya tərəfdən isə bu ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri təmsil olunurlar.
İclasda Azərbaycan və Latviya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaqdır. İclasın yekunlarına dair protokolun imzalanacağı gözlənilir.
Səfər çərçivəsində nazir Heydər Babayevin Latviyanın bir sıra dövlət qurumlarının rəhbərləri ilə görüşlərinin keçirilməsi də nəzərdə tutulmuşdur.
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ilk iclası 2007-ci ilin martında Bakıda keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]