ELM VƏ TƏHSİL
“Riyaziyyat fənninin tədrisi metodikası” mövzusunda təlimlərə başlanılıb
Bakı, 16 iyul, AZƏRTAC
Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən “Riyaziyyat fənninin tədrisi metodikası” mövzusunda təlimlərə başlanılıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, 36 akademik saatı əhatə edən proqram çərçivəsində təlimlər “MS Teams” proqramı üzərindən distant formada həyata keçirilir.
Ümumi orta təhsil üzrə müəllimlərin iştirak etdiyi proqramın əsas məqsədi riyaziyyat dərslərində şagirdləri düşündürə bilməyin, onların məntiqi təfəkkürünü inkişaf etdirməyin forma və üsullarını aydınlaşdırmaq, riyaziyyat dərslərini daha əyləncəli etmək üçün strategiyalar hazırlamaqdan ibarətdir.
Təlim zamanı iştirakçılar şagirdlərin riyazi bilik və bacarıqlarını qiymətləndirməyin, istedadlı şagirdlərlə işin təşkilinin, onlarda uzunmüddətli motivasiya və özünəinam hisslərini formalaşdırmağın yolları ilə də tanış olacaqlar.
Təlimlərin həftədə 3 dəfə keçirilməsi planlaşdırılır.