Romanın Müqəddəs İoann Lateran bazilikası 1700 illik yubileyini qeyd edir
Roma, 9 noyabr, AZƏRTAC
Noyabrın 9-da Romanın ən mühüm kilsəsi olan Müqəddəs İoann Lateran bazilikasının 1700 illik yubileyi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bazilikanın ildönümü 1565-ci ildən bəri bütün Katolik Kilsəsi tərəfindən bayram günü kimi qeyd olunur. Kilsə Roma Yeparxiyasının kafedralı və Roma yepiskopunun oturduğu yerdir. Bazilikaya bitişik saray XIV əsrə qədər Roma Papasının iqamətgahı kimi istifadə olunub.
Müqəddəs İoann Lateran bazilikası 313-cü ildə xristianlara öz dinlərini etiqad etmək azadlığı verən İmperator Konstantinin Milan fərmanının elanından sonra tikilib.
Roma Yeparxiyası 1700 illik yubileyi il ərzində xüsusi şənliklər, o cümlədən konsertlər və kütləvi mərasimlərlə qeyd edəcək. Yubiley ili çərçivəsində aparılan bərpa işləri zamanı bazilikanın qarşısındakı ərazidə IV əsrə aid xarabalıqlar aşkar edilib. Hazırda kilsənin ətrafı abadlaşdırılır. Kilsə yubiley ili ərəfəsində İtaliya paytaxtına gəlməsi nəzərdə tutulan 30 milyondan çox zəvvar və turist üçün hazır olacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]