Ronaldo XXI əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçu olub
Bakı, 12 yanvar, AZƏRTAC
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) XXI əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçuları müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, qurumun araşdırmasında 2001-ci ildən 2020-ci ilədək vurulan qollar nəzərə alınıb.
İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo 462 qolla birinci olub. İspaniyanın “Barselona” komandasının ulduz futbolçusu Lionel Messi 451 qolla ikinci, İtaliyanın “Milan” klubunun təcrübəli forvardı Zlatan İbrahimoviç isə 379 qolla üçüncü pillədə qərarlaşıb. Qırx yaşlı oyunçu XX əsrdə də oynayıb, amma cəmi 13 dəfə fərqlənə bilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]