Rüfət Quliyev: Ukraynada prezident seçkilərində seçici fəallığı müşahidə olunur
Kiyev, 31 mart, AZƏRTAC
Ukraynada prezident seçkilərində seçici fəallığı müşahidə olunur. Müşahidə apardığım seçki məntəqələrində ciddi qanun pozuntuları qeydə alınmayıb.
Bu fikri Ukraynada keçirilən prezident seçkilərini izləyən Milli Məclisin müşahidə missiyasının üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev söyləyib.
Deputat səsvermə başlayandan paytaxtda 8 seçki məntəqəsində müşahidə apardığını deyib. Bildirib ki, gün ərzində Kiyev vilayətində də bir neçə seçki məntəqəsində müşahidələr aparacaq.
Ukraynada 44 nəfərin prezidentliyə namizədliyi qeydə alınsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Hazırda seçki bülletenlərində 39 namizədin adı qeyd edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev