RUMINİYA PREZİDENTİ TRAYAN BESESKU BAKIYA GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 20-də Rumıniya Prezidenti Trayan Besesku Bakıya işgüzar səfərə gəlmişdir.
Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rumıniya Prezidenti Trayan Beseskunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər hörmətlə qarşıladılar.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Trayan Besesku və Elmar Məmmədyarov arasında qısa protokol söhbəti oldu.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]