Rumıniyanın “Agerpres” milli xəbər agentliyinin saytında “Bakı-2017” barədə məqalə yerləşdirilib
Buxarest, 22 aprel, AZƏRTAC
Rumıniyanın “Agerpres” milli xəbər agentliyinin saytında “Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək” sərlövhəli məqalə yerləşdirilib.
Azərbaycanın bu ölkədəki səfirliyinin təqdim etdiyi materiallar əsasında hazırlanan yazıda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları barədə ətraflı məlumat verilir. Məqalədə yarışların başlanma tarixi, 57 ölkədən idmançıların iştirakı, Azərbaycanın digər İslam ölkələri ilə əlaqələri, Bakının bu Oyunlara ev sahibliyi üçün ideal məkan olduğu qeyd edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin vurğulandığı yazıda bu Oyunların bütün müsəlman ölkələrini bir-biri ilə daha sıx birləşdirmək üçün irəli sürülən önəmli təşəbbüs olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, IV İslam Həmrəyliyi Oyunları böyük idman bayramı, dostluq, qardaşlıq rəmzi kimi, müsəlman ölkələri arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [13:24]
Elvin Məmmədov: Dünya çempionatında əsas nəticə deyil, uşaqların inkişafıdır
- 29.10.2026 [12:31]
Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub
- 29.10.2026 [12:23]
Dünya çempionatı: Azərbaycan millisi Mozambikə böyük hesabla qalib gəlib
- 29.10.2026 [10:53]
“Araz-Naxçıvan”ın futzalçısı: Rəqib bizi yaxşı mənada təəccübləndirdi
- 29.10.2026 [10:26]
“Turan” voleybol klubu Çempionlar Liqasında cavab oyununu keçirəcək
- 29.10.2026 [10:09]
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulacaq
- 29.10.2026 [09:59]
Azərbaycan millisi U-15 dünya çempionatında növbəti oyununa çıxır
- 29.10.2026 [01:57]