RUSİYA DÖVLƏT DUMASI KUBAYA QARŞI İQTİSADİ BLOKADANI PİSLƏMƏYƏ ÇAĞIRIR
Sənəddə BMT-yə üzv dövlətlərin parlamentlərinə Birləşmiş Ştatları bu blokadanı götürməyə çağırmaq da təklif olunur.
Dövlət Duması Kubaya qarşı davam edən iqtisadi blokadanı “təkcə kubalıların və amerikalıların deyil, digər dövlətlərin vətəndaşlarının da hüquqlarının kütləvi şəkildə pozulması” kimi qiymətləndirir.
Müraciətdə deyilir ki, Kubaya qarşı iqtisadi amirlik siyasətinin qəbul edilmədiyi barədə BMT Baş Məclisinin çoxsaylı qətnamələrinə məhəl qoymayan ABŞ “Kuba Respublikasının konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək” məqsədi ilə suveren dövlətin işlərinə müdaxilə xəttini son illər daha da sərtləşdirmişdir.
Deputatların fikrincə, Kubaya qarşı iqtisadi blokada siyasəti Kuba ilə hərtərəfli siyasi, ticarət-iqtisadi, mədəni və digər əlaqələrin inkişafı sahəsində üçüncü ölkələrin, kommersiya və qeyri-kommersiya təşkilatlarının hüquqlarını və qanuni maraqlarını kobud şəkildə pozur.
Sənəddə vurğulanır ki, 40 ildən çoxdur davam edən blokada “Amerika Birləşmiş Ştatlarının suveren dövlətə kobud təzyiq aktıdır”.