RUSİYA DÖVLƏT DUMASININ DEPUTATLARI BÖYÜK BRİTANİYA PARLAMENTİNƏ MÜRACİƏT QƏBUL ETMİŞLƏR
Müraciətdə deyilir ki, Rusiya parlamentinin deputatları korrupsiyada, terrorizmdə və ekstremizmdə təqsirləndirilən şəxslərin təhvil verilməsində Britaniya hökumətinin köməyinə ümid bəsləyir və korrupsiyaya, terrorizmə və ekstremizmə qarşı mübarizə məqsədi ilə Rusiya-Böyük Britaniya əməkdaşlığına uyğun müvafiq tədbirlər görüləcəyini gözləyirlər. Dövlət Duması britaniyalı həmkarlarının diqqətini belə bir fakta cəlb edir ki, Böyük Britaniya beynəlxalq axtarışda olan və burada yaşayaraq Rusiyada təhlükəsizliyin pozulmasına yönəldilmiş fəaliyyətini davam etdirən sahibkar Boris Berezovskinin təhvil verilməsindən imtina etmişdir.
Müraciətdə Britaniya parlamentinin üzvlərinə B.Berezovskinin və Rusiya məhkəməsindən yayınaraq, suveren dövlətlərdə ictimai-siyasi vəziyətə pozucu təsir göstərən, cəmiyyətdə korrupsiya prosesini təşviq edən digər şəxslərin Böyük Britaniya ərazisində olması ətrafında yaranmış vəziyyəti qiymətləndirməyə çağırış əksini tapmışdır.