RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ
Hörmətli Vladimir Vladimiroviç,
Kamçatkada Mİ-8 vertolyotunun qəzaya uğraması nəticəsində qubernator İqor Farxutdinovun həlak olması, insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
26 avqust 2003-cü il.