RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ
Hörmətli Vladimir Vladimiroviç,
Terrorçuların Moskvanın mərkəzində insanları girov götürmələri barədə xəbəri dərin həyəcan və hiddət hissi ilə qarşıladım.
Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, dünya birliyinin bu bəlaya qarşı mübarizəsində fəal iştirak edir.
Hadisələrin gedişini diqqətlə izləyir, Sizinlə həmrəy olduğumuzu və girov götürülmüş bütün adamların tezliklə azad ediləcəyinə ümid bəslədiyimizi bildiririk.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 oktyabr, 2002-ci il.