RUSİYA GİMNASTLARININ UĞURSUZ ÇIXIŞI
Rusiyalı gimnast Anton Qolotsuskov idman gimnastikası üzrə komanda yarışlarının finalında uğursuz çıxışı (8 komanda arasında 6-cı yer) onunla izah etmişdir ki, komanda üzvlərindən biri “özünü əziyyətə salmaq istəmirdi”. O, yığma komandanın lideri Maksim Devyatovskini nəzərdə tutmuşdur.
Qolotsuskovun sözlərinə görə, yarışlar zamanı Devyatovski bütün davranışı ilə göstərirdi ki, o, maksimum səy göstərmək fikrində deyildir.
Gimnast demişdir: “Gimnastika halqalarında çıxışımızdan sonra mən Devyatovskinin “daha özümüzü əziyyətə salmaya bilərik” sözlərini özüm eşitdim. Elə o vaxt başa düşdüm ki, o, axıra qədər mübarizə aparmayacaqdır. Halbuki sənə lap çətin olsa da, sonadək mübarizə aparmalı, öz işini görməlisən, axı, sən idmançısan”.
Rusiya komandasının digər üzvü Yuri Ryazanov isə demişdir ki, komandanın elə ilk gimnastika alətində uğursuz çıxışı işləri korlamışdır. Beynəlxalq yarışlarda çıxış etdiyim bütün dövr ərzində biz bu gün yıxılmaların sayı üzrə rekord vurmuşuq - beş dəfə yıxılmışıq. Bu, lap əvvəldən komandada ruh düşkünlüyü yaratmışdır. Biz üçüncü yerə çıxa bilərdik, amma heç cür özümüzü toplaya bilmədik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]