“RUSİYA-İSLAM DÜNYASI” STRATEJİ DÜNYAGÖRÜŞÜ QRUPUNUN BİRİNCİ İCLASI
RF Ticarət-Sənaye Palatasının prezidenti Yevgeni Primakov açılış mərasimindəki çıxışında qrupun məqsədindən ətraflı danışaraq bildirmişdir ki, qrup Rusiya ilə müsəlman ölkələrinin əməkdaşlığını genişləndirmək üçün yaradılan məşvərətçi orqandır. Y.Primakov vurğulamışdır ki, hazırda ən böyük təhlükələrdən biri dünyanın dini əlamətlərə görə bölünməsidir.
Qeyd olunmuşdur ki, Rusiyada 20 milyon müsəlman yaşayır. Rusiya həm də Avropa ilə Asiya arasında körpüdür. Dünyanın dini əlamətlərə görə bölünməsi ciddi təhlükə olub, beynəlxalq aləmdə terrorizmin baş alıb getməsi ilə müşayiət edilir. Nəzərə çarpdırılmışdır ki, terrorizmi İslamla əlaqələndirmək olmaz.
Primakov demişdir ki, qrupun vəzifələrindən biri İslamın əsasları ilə onun radikal cərəyanları arasındakı fərqləri göstərməkdir.
İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlunun iclas iştirakçılarına ünvanlanmış məktubu oxunmuşdur. Məktubda deyilir ki, Rusiya bu forumu keçirməklə İslam dünyası ilə münasibətlərində yeni səhifə açır.
Xatırladaq ki, Rusiya 57 ölkənin, o cümlədən MDB-nin bəzi dövlətlərinin - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanın daxil olduqları İKT yanında müşahidəçi statusu almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:45]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]