Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində “Moskovskaya ballada” kitabının təqdimatı olmuşdur
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Bakıdakı Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində Alina Talıbovanın “Moskovskaya ballada” kitabının təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Ənvər Şeyxov və başqaları çıxış edərək kitab haqqında məlumat vermiş, onun gərgin zəhmət hesabına sanballı bir nəşr ortaya qoyduğunu diqqətə çatdırmışlar. Müxtəlif janrda vətənpərvərlik ruhunda yazılmış şeir nümunələrinin yer aldığı kitab yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, Alina Talıbovanın bu kitabı oxuculara qiymətli töhfədir.
Tədbirdə 9 May Qələbə Günü ilə bağlı videoçarx nümayiş olunmuşdur.
Sonda A.Talıbova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Dayanıqlı Moda Nümayişi VİDEO
- 08.09.2026 [18:24]