Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Prezidentinin Azərbaycana səfəri dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir - ŞƏRH

Rusiya Prezidentinin Azərbaycana səfəri dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir -  ŞƏRH

Bakı, 21 avqust, AZƏRTAC

Avqustun 18-19-dakı səfər Rusiya Prezidenti Vladimir Putinin altı ildən sonra Azərbaycana ilk gəlişi olsa da, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malik olduğundan bu, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Həqiqətən də son illərdə Azərbaycanla Rusiya arasındakı münasibətlərin dinamikasında həndəsi silsilə ilə artım yaşanmaqdadır və bu yüksəliş özünü yalnız iqtisadi-ticari, humanitar-mədəni deyil, həm də siyasi sferada büruzə verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.

S.Zahidov bildirib ki, iki ölkə arasında münasibətlərin məhək daşını 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə təşkil edir və bu sənədin müddəaları bu gün də uğurla yerinə yetirilməkdədir. Bəyannamənin müddəalarından birində qeyd edildiyi kimi, Azərbaycan-Rusiya əlaqələrinin əsasında dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri dayanır. Vladimir Putinlə Prezident İlham Əliyevin Bakı görüşü iki ölkə arasında yüksək etimadın və əməkdaşlığın daha da inkişaf etdirilməsində qarşılıqlı maraqların mövcudluğunu bir daha təsdiqlədi.

Politoloq qeyd edib ki, Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasəti onun qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığının inkişafını zəruri edir. Azərbaycanla tarixən sıx iqtisadi-ticari, siyasi, humanitar əlaqələrə malik Rusiya regionun və dünyanın aparıcı dövlətlərindən biri olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bununla belə, olduqca mürəkkəb geosiyasi konyunktura Putinin Bakıya gəlişi səfərin siyasi təhlilini həyata keçirmək zərurətini ortaya çıxarır. İlk növbədə, qeyd olunmalıdır ki, hazırda Rusiya və Azərbaycanı birləşdirən ümumi maraqlar spektri əvvəlki dönəmlərlə müqayisədə daha genişdir. Bu gün Qərbin sanksiyaları səbəbindən ticari, logistik və enerji ixracı imkanları məhdudlaşan Rusiyanın İkinci Qarabağ müharibəsi, hərbi və antiterror əməliyyatları ilə regionda yeni geosiyasi reallıq yaradaraq strateji dəyərini birəbeş artıran rəsmi Bakının imkanlarına bel bağlaması, əslində, təəccüb doğurmamalıdır. Burada Prezident İlham Əliyevin də vurğuladığı kimi, dövlətlərarası münasibətlər üçün müstəsna əhəmiyyətə malik “Şimal-Cənub” layihəsinin artan strateji dəyərini xüsusilə qeyd etmək lazımdır. Bu dəhliz Rusiyanın Qlobal Cənuba, Yaxın və Orta Şərqə çıxışını təmin etməklə yanaşı, ölkəmizin tranzit əhəmiyyətini və ticari imkanlarını dəfələrlə artıracaq. Qeyd edək ki, Azərbaycan bu layihə çərçivəsində dəmir yolu sahəsinin ötürücülük qabiliyyətinin 30 milyon tona çatdırılması üçün onun modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar vəsait nəzərdə tutur.

Dövlətlərarası münasibətlərə təkan verən amillərdən birinin də iki ölkə arasında ildən-ilə genişlənən iqtisadi-ticari əlaqələr olduğunu bildirən S.Zahidov deyib: “Ötən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 17 faiz artaraq 4,5 milyard dollara çatıb. Bu il isə bu rəqəmin daha yüksək olacağı gözlənilir. Ölkələrarası ticarətdə sənaye, kənd təsərrüfatı məhsullarının, turizmin, eyni zamanda yükdaşımaların həcmi artıb. Özü də bu artım beynəlxalq sanksiyalar altında olan məhsulların ixracı hesabına baş verməyib. Eyni zamanda, enerji sahəsində əməkdaşlığın mümkün perspektivlərini nəzərə alsaq, gələcəkdə iki ölkənin ticarət dövriyyəsinin daha da artacağını əminliklə söyləyə bilərik”.

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan və Rusiyanın regionla bağlı digər ortaq marağı isə bəzi dövlətlərin Ermənistandan plasdarm kimi istifadə edərək Cənubi Qafqazda destruktiv siyasət yürütməsini əngəlləməkdir. Bu baxımdan həm Rusiya, həm də Azərbaycan Ermənistanın Fransa və digər dövlətlər tərəfindən intensiv şəkildə silahlandırılmasını regional sülhə və sabitliyə təhdid kimi qiymətləndirir. Məhz bu səbəbdən beynəlxalq ictimaiyyət regional təhlükəsizliyin açarı Azərbaycan tərəfindən təklif edilmiş 3+3 platformasında görür. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.

“Putinin Bakıya dövlət səfəri zamanı hər iki dövlət başçısının səsləndirdiyi bəyanatlardan Azərbaycan-Rusiya əlaqələrində mövcud geosiyasi konfiqurasiya və ümumi maraqlar fonunda yeni üfüqlər yarandığını sezmək mümkündür. Həm Qərblə, həm Şərqlə, həm ABŞ və Avropa, həm də Rusiya ilə münasibətlərini qoruyan Azərbaycanın çoxvektorlu xarici siyasəti onun öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığın inkişaf etdirilməsi zərurətini yaradır. Azərbaycan həm BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalarda iştirak edir, həm də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlıq edir. Bununla belə, Qoşulmama Hərəkatının fəal üzvlərindən biri kimi Azərbaycan hərbi-siyasi platformalara qoşulmur və beləcə, öz bitərəfliyini qorumuş olur. Eyni zamanda, Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibətlərə malikdir, bu baxımdan neytral tərəf kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində ölkəmizin imkanlarından istifadə oluna bilər. Necə ki, bir zamanlar NATO və Rusiyanın hərbi rəhbərləri Azərbaycanda görüşüb və rəsmi Bakı iki tərəf arasında Suriya və Əfqanıstan məsələlərinin həllində körpü rolunu oynamışdı, indi də Azərbaycan Rusiya və Ukrayna arasında sülh danışıqlarında vasitəçi rolunu oynaya bilər”, - deyə Sultan Zahidov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb