Rusiyada bir gündə 8706 nəfər koronavirusa yoluxub
Moskva, 13 iyun, AZƏRTAC
Ötən gün Rusiyada 8706 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində 114 xəstə vəfat edib, 5271 nəfər sağalaraq evə buraxılıb.
Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 520 min 129 nəfərə çatıb, indiyədək bu xəstəlikdən 274 min 641 xəstə sağalıb, 6829 pasiyent vəfat edib.
Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova Prezident Vladimir Putin ilə keçirilən müşavirədə bildirib ki, ölkədə koronavirus epidemiyasının pik səviyyəsi mayın 11-nə təsadüf edib. O deyib ki, gündəlik artım martın sonlarından 16 dəfə azalıb, xəstələrin 80 faizi sağalaraq evə buraxılıb. Ölüm hallarının aprel ayında 2,9 faiz azaldığı bildirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]