Rusiyalı gimnast Darya Morozova dünya yaş qrupları yarışlarında qızıl medal qazanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında qızlar arasında batut gimnastikası üzrə fərdi proqramda qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 11-12 yaş kateqoriyasında rusiyalı Darya Morozova 50,780 xalla birinci olub. Onun komanda yoldaşı Arina Şarufullina 49,690 xalla gümüş medala sahib olub. Bolqarıstanlı Maqdelina Kisyeva 48,445 xalla yarışı üçüncü pillədə başa vurub.
Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.
Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır.