SAATLIDA 30 MİN HEKTAR SAHƏDƏ TAXIL YETİŞDİRİLİR
Saatlı, 5 fevral (AZƏRTAC). Saatlının torpaq mülkiyyətçiləri dövlətin taxıl istehsalçılarının əməyini stimullaşdıran qərarlarından yararlanaraq taxıl əkinlərinin sahəsini 30 min hektara çatdırmışlar.
Rayondakı 34 toxumçuluq təsərrüfatı 10 min hektarda yüksək reproduksiyalı elit buğda növləri yetişdirir. Əkin materialının 265 tonu "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin təchizat bazasından 50 faiz güzəştli qiymətlə alınmışdır.
Hazırda zəmilərin becərilməsində mühüm aqrotexniki mərhələ sayılan erkən yaz yemləməsinə son hazırlıq tədbirləri görülür. Bu məqsədlə 30 min tona yaxın gübrə alınmış, 40-dək gübrəsəpən aqreqat sazlanmış, 20 min metrdən çox təsərrüfatdaxili arx qazılmışdır.
Bu il zəmilərin hər hektarının məhsuldarlığının 40-41 sentnerə çatdırılması, 20 min ton toxum tədarük olunması, rayonun taxıla tələbatının yenə də daxili istehsal hesabına ödənilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]