Saatlıda sarımsaq yığımı başa çatıb
Saatlı, 30 iyul, Mahir Babayev, AZƏRTAC
Saatlıda bu mövsüm 915 hektar sahədə tərəvəz əkilib ki, bunun da 33 hektarını sarımsaq bitkisi təşkil edib. Təsərrüfatın bu sahəsi gəlirli olduğu üçün rayonda fəaliyyət göstərən fermerlər bu bitkinin əkininə daha çox maraq göstərirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul yığımına vaxtında başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə sarımsaq sahələrindən 395.3 ton məhsul götürərək yığımı başa çatdırıblar. Əkin sahələrinin hər hektarının məhsuldarlığı 119.3 sentner olub.
Fətəlikənd kənd sakini, fermer Həlimə Bədəlova bu bitkinin əkini ilə məşğul olur və hər il də yaxşı mənfəət götürür. Məhsul istehsalçısı bu il becərdiyi 1.5 hektar sarımsaq sahəsinin hektarından 130 sentner məhsul götürərək 19.5 ton sarımsaq istehsal edib. Torpaq sahibinin dediyinə görə, istehsal etdiyi məhsulu ötən illərdə olduğu kimi bu il də yerli bazarlara çıxaracaq. Təsərrüfat rəhbəri növbəti ildə əkin sahəsini 2 hektara çatdırmaq fikrindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:40]
AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək
- 05.10.2026 [10:29]
Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib VİDEO
- 04.10.2026 [20:30]
Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb
- 04.10.2026 [20:25]
Biləsuvarda avtomobil aşıb, xəsarət alan var
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]
Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb
- 04.10.2026 [20:30]