Sabah bəzi yerlərdə duman olacaq, arabir güclənən külək əsəcək – PROQNOZ
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycanda yanvarın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 13-18 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 1-i gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 11-16, dağlarda gecə 1-5, gündüz 10-15 dərəcə isti olacaq.