Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycanda yanvarın 30-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq. Gecə və səhər yolların buz bağlayacağı güman edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-12, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.