“Saber Junction-19” təlimində iştirak etmiş hərbi qulluqçularımız Bakıya qayıdıblar
Bakı, 1 oktyabr, AZƏRTAC
Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları Bakıya qayıdıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ABŞ Avropa Komandanlığı (EUCOM) tərəfindən keçirilən təlimə NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularının hərbi qulluqçuları qatılıblar.
Təlimdə Azərbaycan Ordusunun nümayəndələrinin peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.