REGİONLAR
SABİRABADDA 6 MİN HEKTAR SAHƏYƏ ÇİYİD SƏPİLMİŞDİR
Sabirabadlı torpaq sahibkarları 6 min hektar sahəyə çiyid səpmişlər. AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu işə 200-ə qədər müxtəlif tipli traktor ayrılmışdır. Rayondakı “Azər-Kot” və “Pambıq” açıq tipli səhmdar cəmiyyətləri emal müəssisələrinin mülkiyyətçilərlə bağladıqları müqavilələrə görə, bu il 8 min hektar sahədə pambıq əkilib-becərilməsi nəzərdə tutulmuşdur.