REGİONLAR
Sabirabadda yol qəzası nəticəsində xəsarət alan 7 nəfərin kimliyi məlum olub - YENİLƏNİB
Sabirabad, 15 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonunda “VAZ” markalı minik avtomobillərin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası axşam saatlarında Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində Aslanov Vahid Heybət oğlu, Aslanova Xanımzər Cavanşir qızı, Aslanova Zəkiyyə Rahil qızı, Cəfərov Cavanşir Məmmədağa oğlu, Qasımov Lətif Həşimxan oğlu, Cəfərova Hicran Ədil qızı, Vəsilov Samit Ağahüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
01:14
Sabirabad rayonunda “VAZ” markalı minik avtomobilləri toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı 10-DF-121 dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik avtomobili və 10-XR-458 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.