SABİRABADIN ƏLİLƏMBƏYLİ KƏNDİNDƏ SUTƏMİZLƏYİCİ QURĞU İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 4-də Sabirabad rayonunun Əliləmbəyli kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə tikilmiş və sutkada 20 ton su durultmaq gücünə malik, 16 bulaqdan ibarət sutəmizləyici qurğu istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov sakinləri təbrik etmiş, Azərbaycan Prezidentinin tapşırığı əsasında regionlarda əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunması məqsədilə ardıcıl həyata keçirilən oxşar layihələrin miqyası və bu istiqamətdə görülən işlər barədə məlumat vermişdir.
Bildirilmişdir ki, son illər Kür, Araz və digər əsas içməli su mənbələri bəzi hallarda insanların həyatı üçün təhlükə törədə biləcək dərəcədə çirklənməyə məruz qalmışdır. Problemi yaradan səbəblər, xüsusilə bu istiqamətdə təcavüzkar Ermənistan dövlətinin yeritdiyi destruktiv siyasət barədə ölkə vətəndaşları ilə yanaşı, dünyanın əlaqədar beynəlxalq qurumları da məlumatlıdır. Azərbaycan dövləti isə bütün hallarda vətəndaşlarının sağlamlığını qorumağı öz fəaliyyətinin prioritetlərindən hesab edir.
Rayon icra hakimiyyətinin başçısı Heydər Abbasov çıxışında regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramının uğurla həyata keçirilməsini Sabirabadın nümunəsində faktlarla vurğulayaraq, təkcə son iki ildə rayonun 8 kəndində sutəmizləyici qurğuların istifadəyə verildiyini diqqətə çatdırmışdır.
Mərasimdə çıxış edən digər natiqlər diqqət və qayğıya görə kənd sakinləri adından ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [21:35]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [21:24]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [21:18]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:47]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:39]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [20:28]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [20:00]