Sablyaçılarımız Bolqarıstanda güclərini sınayıblar
Bakı, 7 fevral, AZƏRTAC
Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın sablya növü üzrə gənclər arasında dünya kubokunun mərhələ yarışına yekun vurulub.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Murad Əkbərov (4 qələbə), Maqsud Hüseynli (4 qələbə), Ayxan Xasıyev (3 qələbə) və Saleh Məmmədov (2 qələbə) qrup mərhələsini uğurla adlayıblar.
Təmsilçilərimizdən Murad Əkbərov və Maqsud Hüseynli pley-offda 64-lüyə yüksəlməyi bacarıblar. M.Əkbərov bu mərhələdə rumın, M.Hüseynli isə italyan rəqibinə məğlub olub.
Komanda yarışında ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İspaniyaya 41:45 hesabı ilə uduzan oğlan sablyaçılarımız 9-16-cı yerlər uğrunda keçirilən görüşdə Almaniya yığmasına 33:45 hesabı ilə məğlub olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]