SABUNÇU RAYONUNUN SAHİL ƏRAZİLƏRİNDƏ REYDLƏR KEÇİRİLMİŞDİR
Bakı, 26 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları Sabunçu rayonunun sahil ərazilərində bərk məişət tullantılarının idarə olunması vəziyyətini yoxlamaq məqsədi ilə reydlər keçirmişlər.
Reydlər zamanı həmin ərazilərdə fəaliyyət göstərən iaşə obyektlərində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçıları S.Həsənov, Z.Səfərov, R.İbrahimov, N.Quliyev, Ə.Allahverdiyev, H.Hacıyev və S.Hüseynov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşlar.
Həmin ərazidə bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə “Günəş” iaşə obyektinin iş icraçısı R.Mahmudov fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilmişdir.
Nardaran qəsəbəsində sahil ərazidə fəaliyyət göstərən iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı A.Kazımov fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşdur.
Pirşağı qəsəbəsində fəaliyyət göstərən iaşə obyektlərində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçıları R.Əliyev və O.İslamov fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır – FAKTİKİ HAVA
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]