“Sağlam gənclik-10 il” layihəsi başa çatmışdır
Bakı, 18 noyabr (AZƏRTAC). “İrəli” İctimai Birliyinin (İB) idman mərkəzi və tibb klubunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Sağlam gənclik-10 il” layihəsi başa çatmışdır.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihə Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə reallaşmışdır.
Bununla əlaqədar keçirilən mərasimdə əvvəlcə tibb klubunun rəhbəri Aytac Kərimli layihə çərçivəsində iki ay ərzində təşkil edilən seminarlar və ekskursiyalar haqqında məlumat vermişdir. Sonra layihə haqqında hazırlanmış videoçarx nümayiş olunmuşdur.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsi rəisinin müavini Sevinc Süleymanova ölkəmizdə gənclərin inkişafı üçün yaradılan şəraitdən, rayon ərazisində inşa edilən idman kompleksləri və Gənclər mərkəzindən söhbət açmışdır. O, eyni zamanda, Binəqədi Rayon İcra Hakimiyyəti ilə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.
“İrəli” İB-nin nəzarət-təftiş komissiyasının sədri Xaqani Fərəcov isə belə layihələrin həyata keçirilməsinin vacibliyini bildirmişdir. Qeyd olunmuşdur ki, “İrəli” hər zaman fəaliyyətində gənclər arasında sağlam həyat tərzinin təbliğ olunmasına önəm verir.
İdman mərkəzinin rəhbəri Niyaz Əliyev də layihənin gənclər arasında böyük marağa səbəb olduğunu bildirmişdir.
Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]