Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Sahibkarların “yaşıl layihə”ləri KOBİA tərəfindən dəstəklənir

Sahibkarların “yaşıl layihə”ləri KOBİA tərəfindən dəstəklənir

Bakı, 4 sentyabr, AZƏRTAC

“Yaşıl biznes”lər dayanıqlı istehsala nail olunmasında, resurs və enerji səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Sahibkarların “yaşıl layihə”ləri müxtəlif dövlət dəstəyi mexanizmləri vasitəsilə, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.

KOBİA-dan AZƏRTAC -a bildirilib ki, “yaşıl layihə”ləri olan sahibkarlıq subyektləri qrant, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə çıxış kimi dəstək alətləri üçün agentliyə müraciət edə bilərlər.

Məlumata əsasən, indiyədək KOBİA tərəfindən KOB-ların “yaşıl layihə”lərinin inkişaf etdirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verə biləcək 19 layihəyə qrant ayrılıb, 10-a yaxın “Startap” şəhadətnaməsi verilib. Belə ki, KOB subyektlərinin bərpaolunan enerji qaynaqlarından elektrik enerjisi istehsal edə bilən şarj stansiyasının və şarj cihazının istehsalı, bunun üçün lazım olan proqram təminatının hazırlanması, aşağı temperaturlu geotermal suların istiliyindən səmərəli yolla elektrik və istilik enerjisinin alınması, smart polimer kompozisiya materiallarından istifadə etməklə binalarda enerji sərfiyyatının azaldılması, “ağıllı suvarma” texnologiyasının yaradılması və onun praktiki fəaliyyətinin araşdırılması, ekoloji R2 (Responsible Recycling) sertifikatının alınmasına dəstək, atmosferdən suyun əldə edilməsi üçün innovativ su generatorunun istehsalı və satışı, tullantıların ağıllı yolla toplanması və emalı, yeni tipli külək enerjisi turbinlərinin hazırlanması və s. layihələrə agentlik tərəfindən 338 min manatdan çox qrant ayrılıb. Alternativ içməli su mənbəyinin yaradılması, üzvü tullantıları emal edərək yem istehsalında istifadə oluna biləcək protein, yağ və yüksək verimli gübrənin istehsalı, kənd təsərrüfatında suvarma səmərəliliyinin artırılması üçün ağıllı su depolayıcı materialın hazırlanması və s. layihələr üçün KOB subyektlərinə vergi güzəştini nəzərdə tutan “Startap” şəhadətnamələri verilib.

Təkrar emal və tibbi tullantıların zərərsizləşdirilməsinə dair sahibkarların müraciəti əsasında daxili bazar araşdırmaları aparılıb.

Eyni zamanda KOBİA tərəfindən sahibkarlara yaşıl iqtisadiyyat ilə bağlı təlim və məsləhət xidmətləri göstərilib. Təkcə 2024-cü ildə agentlik Bakı şəhərində, Lənkəran, Şəki və Xaçmaz rayonlarında 140-a yaxın KOB subyektinin iştirakı ilə “Yaşıl iqtisadiyyat və yaşıl biznes”, “Yaşıl maliyyələşmə”, “Yaşıl innovasiyaların inkişafında mövcud imkanlar, çətinlik və perspektivlər” mövzularında təlim, seminar və maarifləndirmə tədbirləri təşkil edib. Sahibkarların “yaşıl layihələri”nin agentliyin təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif sərgi və yarmarkalara çıxarılmasına da dəstək göstərilib.

Biznes subyektlərinin ətraf mühitə təsirini ölçmək, istifadə etdikləri resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək məqsədilə KOBİA tərəfindən sahibkarlar üçün özünüqiymətləndirmə platforması yaradılıb. Biznes subyektləri bu platformada qeydiyyatdan keçərək müvafiq sualları cavablandırmaqla enerji və sudan nə dərəcədə səmərəli istifadə etdiklərini, tullantıların effektiv idarə olunması və ətraf mühitə təsirlərini qiymətləndirərək zəif nöqtələrini müəyyən edə və onların aradan qaldırılması üçün zəruri tədbirlər görə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib

XİN: ABŞ Konqresində keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Azərbaycan - Yaponiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri ilə görüş keçirilib

Azərbaycanda ilk dəfə startaplar üzrə dünya çempionatının regional mərhələsi keçirilib

Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilib

Rusiyalı pianoçular Gəncədə çıxış ediblər

® BMT-nin Azərbaycan ofisində COP29-a dair dəyirmi masa keçirilib

Birinci vitse-prezident Mehriban Əliyeva Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi ilə bağlı paylaşım edib VİDEO

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi yekunlaşıb VİDEO

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub  YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub  YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib   YENİLƏNİB

Sabunçu və Suraxanı neftçiləri peşə bayramlarını “Abşeron: əsrlərin neft çırağı” adlı tədbirdə qeyd ediblər

Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanışlıq   YENİLƏNİB

Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub  YENİLƏNİB

Antiterror əməliyyatı bütün Qafqazda dayanaqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiyadır – MƏQALƏ

Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub  YENİLƏNİB

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın müdafiə naziri ilə görüşüb

Mətbuat Şurasında türkiyəli media təmsilçiləri ilə görüş olub

Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub  YENİLƏNİB

Prezident İlham Əliyev “Aghdam City Hotel”in açılışında iştirak edib YENİLƏNİB

Albaniya klubuna keçən azərbaycanlı futbolçu: Uzun müddət Avropada oynamaq istəyirəm

® “Silk Way West Airlines” Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşulub

BDU-da görkəmli şərqşünas-alim Aida İmanquliyevanın xatirəsi anılıb

Prezident İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib   YENİLƏNİB

Bakı Kitab Mərkəzində “YüksƏl” layihəsi çərçivəsində Payız seminarlarına start verilib

Nəsimi rayonunda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb – YENİLƏNİB

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib  YENİLƏNİB

ADNSU-da Neftçilərin peşə bayramı qeyd olunub

Dövlət Komitəsinin sədri Ağsuda vətəndaş qəbulu keçirəcək

QS Beynəlxalq Reytinq Agentliyinin iştirakı ilə ali məktəblərin nümayəndələri üçün təlim təşkil olunub

Transliterasiya qaydalarının formalaşmasında ekspert sistemlərinin tətbiqi imkanları müzakirə olunub

Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri yüksək qiymətləndirilib

Baş Prokurorluğun nümayəndələri beynəlxalq təşkilatların tədbirlərində iştirak ediblər

Azərbaycanın güclənməsində uğurlu neft strategiyasının rolu ŞƏRH

Bərdədə orta yaşlı kişi toyda qəfil ölüb

Azərbaycan və Özbəkistan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Biləsuvar sakinləri qanunsuz saxladıqları ov tüfənglərini polisə təhvil veriblər

Qədir Xəlilov: Naxçıvanda gənclərin potensiallarının artırılmasına tam şərait yaradılıb

ABŞ mediasında soydaşımızın məqaləsi nəşr olunub

Şərqşünaslıq İnstitutu və Rusiyanın Belqorod Dövlət Milli Tədqiqatlar Universiteti əməkdaşlığa başlayır

Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Damir Muxetdinov: Məscidlərin dağıdılması və təhqir olunması bütün müsəlmanların hiddətinə səbəb olur VİDEO

“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

Şalva Papuaşvili: ABŞ Gürcüstanda demokratiyanı sarsıtmaq istəyir

“Cəmiyyətin şüurlu şəkildə çirklənməyə şərait yaratması yolverilməzdir” - Könüllülər təbiətin qorunmasından danışırlar

UNEC-də Çinin Hebey İqtisadiyyat və Biznes Universiteti ilə birgə COP29-a həsr olunan tədbir keçirilib

İsmayıllıda “Sağlam gələcək, xoşbəxt cəmiyyət” mövzusunda tədbir təşkil olunub

Naxçıvanda “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib

Yutubda bir neçə yeni funksiya əlavə olunub

BANM-in tələbəsi: Süni intellektə əsaslanan layihəmizlə müsabiqənin qalibi olduq

"İmarət"də vurulmuş sonuncu qolun müəllifi: Stadionun açılışını və oradakı ilk oyunu səbirsizliklə gözləyirəm

Almaniyada rəsm sərgisində azərbaycanlı rəssamların əsərləri də yer alıb

NDU-da beynəlxalq elmi konfrans - “Süni intellekt: Nəzəriyyədən praktikaya”

Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub  YENİLƏNİB

Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib   YENİLƏNİB

Bir il yarım və iki sentyabr döyüşü…

Azərbaycanın akrobatika gimnastları dünya çempionatında finala yüksəliblər

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib

Şəhidin atası: Torpaqlarımız uğrunda ölümün gözünə dik baxan hər bir döyüşçü bizim üçün qəhrəmandır

“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib

Azərbaycan və Türkiyə Orta Dəhlizlə daha böyük həcmdə yükdaşıma imkanlarını müzakirə edib

Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik

Suraxanıda saxta təmizləyici vasitələr istehsal edən sex aşkarlanıb

Səkkiz ayda Qəbələdə sənaye məhsulu istehsalı 12,2 faiz artıb

“Yektinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə mübarizə” adlı konfrans keçiriləcək

Sumqayıtda Vətən Müharibəsi Qəhrəmanının xatirə muzeyi açılıb

EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə media nümayəndələri üçün seminar keçirilib

Kövkəb Səfərəliyeva küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

BMU-nun rektoru şəhid ailəsinin üzvü olan tələbə ilə görüşüb

“Milli Aviasiya Akademiyası”nın voleybolçusu: Hədəfim klubun ilk çempionluğuna töhfə verməkdir

Şuşada Bayraq Meydanının açılışı olub YENİLƏNƏCƏK

BDU – 105: Azərbaycanda və dünyada ekoloji problemləri araşdıran Ekologiya və torpaqşünaslıq fakültəsi

Türkiyə mediası: Qarabağda antiterror əməliyyatı Azərbaycanın gücünün daha bir nümayişi oldu

Azərbaycan ilə İtaliya arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

“Neftçi” Qara Qarayevin komandadan ayrıldığını açıqlayıb

Prezident İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Azərbaycan və Özbəkistan Orta Dəhlizlə bağlı birgə fəaliyyətin şaxələndirilməsini müzakirə edib

ÜST-nin ekspertləri Azərbaycanda qızılcaya qarşı görülən işləri yüksək dəyərləndiriblər

Xarici ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən qurumları ilə dörd memorandum imzalanıb

“Azərtütün” ASC-nin emal məntəqələri indiyədək fermerlərdən 7 min tondan çox yaş tütün qəbul edib

Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib

Prezident İlham Əliyev Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub YENİLƏNƏCƏK

DİM: İlin əvvəlindən elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

Hakan Fidan: Qlobal dünyada heç bir dövlətin təkbaşına irəliləmək şansı yoxdur

Gəncə Dövlət Filarmoniyasında Milli Musiqi Günü qeyd olunub

Bakıda "Sağlam həyat" səyyar layihəsinin təqdimatı keçirilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Göygöldə vətəndaşların müraciətini dinləyib

Nailə Rəhimbəyli: Üzeyir bəyin davamçıları onun irsini yüksək səviyyədə gələcək nəsillərə ötürür

Azərbaycan məktəblərində bullinqə qarşı aparılan işlər açıqlanıb

Qabırrı çayının 7 kilometrlik hissəsində sahilbərkitmə işləri aparılır

Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

“Qələbəyə gedən yol” sənədli filminin təqdimatı olub

Monde: Makron yeni Baş nazirin təklif etdiyi nazirlərin siyahısını rədd edib

Orta Dəhliz vasitəsilə tranzitin həcmi 20 dəfə artıb

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib VİDEO

Məktəblərdə bullinq: real vəziyyət necədir və problemin həlli üçün hansı addımlar atılmalıdır? – ARAŞDIRMA