Şahin Mövsümov: Əsas məqsədlərdən biri idmançılarımızın olimpiadaya lisenziya qazanmalarıdır
Bakı, 15 aprel, AZƏRTAC
Komandamıza gələcəkdə əcnəbi baş məşqçi cəlb etməyi düşünürük.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Şahin Mövsümov hesabat-seçki konfransından sonra keçirilən mətbuat konfransında bildirib.
Bu idman növünün daha çox Cənubi Koreyada inkişaf etdiyini söyləyən Ş.Mövsümov baş məşqçinin bu ölkədən, yaxud da Türkiyədən dəvət ediləcəyini vurğulayıb: “Komandaya dəvət edəcəyimiz mütəxəssisin qarşısına müəyyən hədəflər qoyulacaq. Əsas məqsədlərdən biri idmançılarımızın olimpiadaya lisenziya qazanmalarıdır. Qarşıya uzunmüddətli hədəflər qoymuşuq. Belə ki, yeniyetmə və gənclər arasında bu idman növü üzrə yüksək nailiyyətlər əldə edəcək atletlər yetişdirməyi düşünürük”.
Federasiya prezidenti ötən illər ərzində milli komandanın formalaşdığını bildirib və qeyd edib ki, bundan sonra gələcəkdə beynəlxalq arenalarda daha yüksək nəticələr qazanacaq idmançılar ərsəyə gətirmək üçün bütün imkanlardan istifadə edəcəklər: “Ölkəmizdə idmanın inkişafı üçün paytaxt Bakıda, eləcə də regionlarda hər bir şərait var. Düşünürük ki, həm də Olimpiya İdman Komplekslərinin imkanlarından istifadə edərək bu idman növünü inkişaf etdirə bilərik”.
Şahin Mövsümov, eyni zamanda, respublikanın regionlarında klubların yaradılması və daha çox gənclərin bu klublara yönəldilməsi üçün bir sıra tədbirlərin də həyata keçiriləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]