Şahmat üzrə “Baku Open” beynəlxalq turnirinin qalibləri müəyyənləşib
Bakı, 13 sentyabr, AZƏRTAC
Uşaqlar arasında şahmat üzrə “Baku Open” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 111 iştirakçının mübarizə apardığı yarışda Raul Muxtarov, Leyla Budaqova, Alperen Kanlı, Nərmin Nəsibova, Mətin Mürsəlli və Səbinə Rzalı 8, 10 və 12 yaşlılar arasında 1-ci yeri tutublar.
“Baku Crystal Hall”da təşkil olunan turnirin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.