Samir Sleiman: Biri digərindən üstün və ya aşağı olan mədəniyyətlər yoxdur
Bakı, 16 may (AZƏRTAC). Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” konfransında iştirak etməyimdən böyük şərəf duyuram. Bu Forumun, eləcə də konfransın yüksək səviyyədə təşkilinə görə onun təşkilatçılarına və təşəbbüsçülərinə təşəkkürümü bildirirəm. Hazırkı qloballaşma prosesində mədəniyyətlərin qarşılıqlı əlaqələrinin genişləndirilməsi baxımından bu konfransın böyük əhəmiyyəti vardır.
Bu sözləri Livan İslam Sivilizasiyası və Sivilizasiyalararası Əlaqələr Universitetinin professoru, doktor Samir Sleiman AZƏRTAC-a müsahibəsində söyləmişdir.
Mədəniyyətlərarası Forumun Bakıda keçirilməsinin məntiqi mənası vardır. Qədim İpək Yolu üzərində yerləşən Bakı mədəni müxtəlifliyi əks etdirir. Bu şəhər tolerantlığın beşiyidir. Burada müxtəlif dindən, millətdən, etnik qrupdan olan insanlar tarixən dinc yanaşı yaşamış və yaşayırlar.
Məhz digər insanların mədəniyyətinə, incəsənətinə, rəqsinə, musiqisinə, biliyinə, fikrinə, bacarığına hörmət dialoq fəlsəfəsinin əsası olmalıdır. Eyni zamanda, dərk etmək lazımdır ki, mədəniyyətlərdə iyerarxiya çərçivəsi mövcud deyil, biri digərindən üstün və ya aşağı olan mədəniyyətlər yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]