SAMUX RAYONUNUN ƏKİN SAHƏLƏRİNDƏ ZİYANVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ APARILIR
Samux rayonunun Gürcüstanla həmsərhəd olan bir neçə kəndinin əkin sahələri çəyirtkələrin hücumuna məruz qalmışdır. Ziyanvericilər rayonun kənd təsərrüfatına xeyli ziyan vurmuşdur. Yerli mütəxəssislərin verdiyi rəyə görə, Gürcüstanda əkin sahələrində çəyirtkələrə qarşı mübarizə aparıldığı üçün onlar Azərbaycan ərazilərinə keçmişlər. Ziyanvericilər, əsasən xiyar, qarpız və yemiş tağlarını məhv edir.
Samux rayon ərazi kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirmişlər ki, ziyanvericilərə qarşı ciddi mübarizə aparılır. Sahələrə müvafiq dərman preparatları səpilir. Mübarizəyə yerli mütəxəssislərlə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin rayona ezam olunmuş nümayəndələri də qoşulmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]