Samux rayonunun təsərrüfatlarında 5886 ton dən üçün günəbaxan yığılıb
Qazax, 8 fevral, Rauf Hacıyev, AZƏRTAC
Ötən il Samux rayonunda 2865,5 hektar sahədə dən üçün günəbaxan əkilib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əkin sahələrinin 25,5 hektarı dövlət kənd təsərrüfatı müəssisələrinin, 148 hektarı qeyri-kənd təsərrüfatı müəssisələrinin, 2692 hektarı isə əhali təsərrüfatlarının payına düşüb.
Qeyd edilib ki, bu məhsulun satış bazarı olduğuna görə rayonda günəbaxan əkini sahələri ilbəil artır. Əkin sahələrinin becərilməsində aqrotexniki qaydalardan, mineral və üzvi gübrələrdən, pestisidlərdən geniş istifadə edilir.
Həmçinin 2017-ci ildən Şəmkir Maşın Su Kanalının fəaliyyət göstərməsi məhsulun vaxtında suvarılmasına və məhsuldarlığın artırılmasına səbəb olub. 2018-ci ildə təsərrüfatlardan 5886 ton dən üçün günəbaxan yığılıb. Məhsuldarlıq hər hektardan 20,5 sentner olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]