Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilir
Moskva, 20 noyabr (AZƏRTAC). Sankt-Peterburqda (Rusiya), MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilir. Azərbaycanı tədbirdə Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda 31 sənədi birləşdirən 27 məsələ müzakirə ediləcəkdir. MDB ölkələrinin sosial-iqtisadi inkişafı, Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinin qeyd olunmasına dair tədbirlər planının müzakirəsi diqqət mərkəzində olacaqdır. Bundan əlavə, Şuranın üzvləri antiinhisar və rəqabət siyasəti sahəsində kadrların ixtisasının artırılması, MDB ölkələrinin silahlı qüvvələrinin mühəndis qoşunları üçün hərbi kadrların hazırlanması, MDB ölkələrində rus dilini tədris edən müəssisələrə baza statusu verilməsi və digər məsələləri də nəzərdən keçirəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]