Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şanlı Zəfərimizi qeyd edən Azərbaycan Ədliyyəsi

Şanlı Zəfərimizi qeyd edən Azərbaycan Ədliyyəsi

Bakı, 3 noyabr, AZƏRTAC

1918-ci il noyabrın 22-də Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt - nazirliyin əsasnaməsi təsdiq olunub. Ulu öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə isə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Ölkəmizdə ədliyyə sisteminin təkmil bir struktur kimi formalaşması ulu öndər Heydər Əliyev Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdən başlayıb. 1969-cu ildən - Ümummilli Liderin Azərbaycanda rəhbərliyə gəldiyi dövrdən Ədliyyə Nazirliyi məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ədliyyə Nazirliyi Səadət Sarayının (Bakı nikah evinin) müdiri İradə İsgəndərovanın “Şanlı Zəfərimizi qeyd edən Azərbaycan Ədliyyəsi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Danılmaz faktdır ki, müstəqilliyin bərpasından sonra məhkəmə-hüquq və bütövlükdə ədliyyə sisteminin təkmilləşməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə bütün sahələrdə geniş vüsət alan islahatlar ədliyyə və məhkəmə orqanlarını da tam şəkildə əhatə edib. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, daha sonra Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaradıb, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib.

Azərbaycan ədliyyəsinin inkişafı üçün həyata keçirilən islahatlar bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son 18 ildə Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilib.

Müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqi nəticəsində ədliyyə orqanlarının fəaliyyətində şəffaflıq artıb, vətəndaşlara mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaradılıb. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ədliyyə orqanlarında, o cümlədən məhkəmələrdə müasir texnologiyalar tətbiq edilərək göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin şəffaflıq və operativliyin təmin edilməsi istiqamətində olduqca vacib işlər görülüb.

Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, milli dövlətçiliyimizin gücləndirilməsi, məhkəmə-hüquq islahatlarının aparılması, o cümlədən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.

Dövlətimizin başçısı İlham Əliyev tərəfindən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunub, ədliyyə fəaliyyətinin mükəmməl normativ-hüquqi bazası yaradılıb, ədliyyə işi beynəlxalq normalara uyğunlaşdırılıb, onun üzərinə yeni mühüm vəzifələr qoyulub, gələcək inkişafına dair əhatəli proqramlar qəbul edilib.

Əminliklə deyə bilərik ki, ədliyyə orqanları respublikamızda hüququn müxtəlif sahələrini əhatə edən inkişaf prosesində, eyni zamanda, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsi istiqamətində görülən işlərdə müstəsna yer tutur.

Bu gün ədliyyə sistemi dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə mütərəqqi məhkəmə-hüquq islahatları aparılmaqla müasirləşir və təkmilləşir, yeni-yeni nailiyyətlərə imza atır. Eyni zamanda, Ədliyyə Nazirliyi dövlətimiz və xalqımız üçün taleyüklü məsələlərin həll olduğu dövrlərdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək əzmkarlıqla fəaliyyət göstərir, mühüm töhfələr verir.

22 noyabr - ədliyyə işçilərinin peşə bayramının qeyd olunduğu bu ərəfədə ölkəmizin həyatında ən şanlı və qürurlu, unudulmayan Zəfər dolu günlərin ilk ildönümü bayram edilir. Müasir müstəqil tariximizə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsi adlandırdığımız 44 günlük Zəfər yürüşündə xalqımızın Qələbəsi həm də çağdaş ədliyyə tariximizin ən şanlı səhifəsini təşkil edir.

44 gün davam edən Zəfər yürüşü nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun böyük Qələbəsi şanlı tariximizə yazıldı. Müzəffər Azərbaycan Ordusu üçrəngli bayrağımızı Şuşada və azad olunmuş digər ərazilərimizdə dalğalandırmaqla döyüş meydanında qəhrəmanlıq nümayiş etdirdi.

Zəfər günlərimizdə xalqımızın dövlətimizlə, ordumuzla həmrəyliyi, Ali Baş Komandanın ətrafında böyük ruh yüksəkliyi ilə birləşməsi, düşmənin günahsız dinc əhalini hədəfə alaraq törətdiyi müharibə cinayətlərinə məruz qalan soydaşlarımızın əzmkarlığı və qorxmazlığı, informasiya savaşında aktivliyin nümayiş olunması xalqımızın yüksək vətənpərvərliyini göstərməklə, həm də Ermənistanın özü haqqında məğlubedilməzlik mifini, dünya erməniliyinin yalan təbliğatını darmadağın etdi.

Vətən müharibəsi ərəfəsində digər dövlət qurumları ilə yanaşı, Ədliyyə Nazirliyinin də nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən xarici həmkarlarına müraciətlər ünvanlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən törədilən terror aktlarına və ümumilikdə münaqişəyə dair həqiqətləri dünyaya çatdırması informasiya mübarizəsinə verilən töhfə kimi qiymətləndirilməlidir.

Ermənistanın uzun illərdir ölkəmizə qarşı davam edən işğalçılıq siyasəti, hərbi təxribatları, müharibə və insanlıq əleyhinə cinayətləri barədə mümkün platformalarda beynəlxalq ictimaiyyətin dəqiq və dolğun məlumatlandırılması təmin edilib. Ermənistanın dinc əhaliyə hədəflənən və çoxsaylı günahsız insanların həlak olması və xəsarət alması ilə nəticələnən müharibə cinayətləri hüquqi müstəvidə konkret faktlarla ifşa olunaraq, işğalçının törətdiyi qeyri-insani əməlləri ilə beynəlxalq insan hüquqları və beynəlxalq hüququn normalarını, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının və onların əlavə protokollarının müddəalarını kobud şəkildə pozulduğu barədə digər dövlətlər və beynəlxalq təşkilatlar geniş məlumatlandırılıb.

Xüsusilə vurğulamaq lazımdır ki, müharibədən sonrakı dövrdə dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və onların ailə üzvlərinə yüksək diqqət və qayğısını əsirgəmirlər. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə həyata keçirilən sosial dəstək və yardım aksiyaları, şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı ilə yanaşılması xalqımız tərəfindən daim rəğbət və sevgi ilə qarşılanır.

Qürurla qeyd edə bilərik ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. İşğaldan azad edilmiş torpaqların əsl sahibləri bu gün oranı dirçəldirlər. Otuz ilə yaxın müddətdə erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimiz yenidən bərpa olunur. İşğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayışın və iqtisadi fəallığın təmin edilməsi, bu ərazilərdə həyata keçirilən quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələnin başlanğıcıdır.

Ən müasir tələblərə cavab verən, qısa müddətdə və yüksək keyfiyyətdə inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanının açılışının Azərbaycan və Türkiyə prezidentləri tərəfindən edilməsi Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın sürətlə bərpa olunmasının və oraya həyatın yenidən qayıtmasının bariz nümunəsidir. Eyni zamanda, Zəngəzur dəhlizinin bir hissəsi olan böyük avtomobil yolunun təməlinin qoyulması, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq və bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam oldu. Azərbaycan xalqı bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdi. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyətinə və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

Yaranmasının 103-cü ildönümünü şanlı Zəfərlə eyni ərəfədə qeyd edən Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi qarşıda duran mühüm vəzifələrdəndir. Son illər Azərbaycan ədliyyəsi davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər, məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi islahatlar, ölkəmizin inkişaf prosesinə uyğun olaraq respublikamızın Qarabağ bölgəsini də əhatə edəcək.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin bəxş etdiyi peşə bayramını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və Ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi Qələbə əhvali-ruhiyyəsində qeyd etməyə hazırlaşan ədliyyə işçiləri dövlətimizin daha sürətli inkişafı və qüdrətinin artırılması naminə bundan sonra da əzmlə çalışacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu işə başlayıb

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH