Səbail rayonunda yaşayış binasında yanğın baş verib
Bakı, 21 dekabr, AZƏRTAC
Paytaxtın Səbail rayonunda yanğın baş verib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda Neftçilər prospekti 83 ünvanında dördmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb edilib.
Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.