Seçicilər xüsusi fəallıqla səs verirlər
Bakı, 1 noyabr, AZƏRTAC
10 saylı Binəqədi üçüncü seçki dairəsində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər uğurla davam edir. Seçki dairəsində 35 məntəqə fəaliyyət göstərir.
Səsvermə saat 8.00-dan başlanıb.
Dairə seçki komissiyasının sədri İsgəndər Əliyev AZƏRTAC-a bildirib ki, dairə üzrə seçicilərin ümumi sayı 47 min 890 nəfərdir.
Azad və demokratik şəraitdə keçən seçkiləri beynəlxalq və yerli müşahidəçilər izləyirlər. Qanun pozuntusuna yol verilməyib.
Seçki dairəsi üzrə 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb.