Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir: Çin və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün gözəl gələcək yaradacağıq

Səfir: Çin və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün gözəl gələcək yaradacağıq

Bakı, 7 may, AZƏRTAC

Son illər Azərbaycan-Çin münasibətləri bütün sahələr üzrə dinamik inkişaf edir. 2017-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsinin 43 faiz artması, Azərbaycanda yüzdən çox Çin şirkətinin fəaliyyət göstərməsi bunun parlaq nümunələridir.

Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfiri Vey Cinhua ikitərəfli əlaqələrin perspektivləri, ölkəsinin dünya iqtisadiyyatında rolu, həyata keçirilən açıqlıq və islahatlar siyasəti və digər məsələlərlə bağlı fikirlərini AZƏRTAC-a göndərdiyi məqaləsində bölüşür. Məqaləni təqdim edirik.

X Х Х

Yaz küləyi əsir, hər şey təzələnir, havaların istiləşdiyi və çiçəklərin açdığı belə əsrarəngiz fəsildə - aprelin 8-dən 10-dək Çinin cənubundakı gözəl Haynan vilayətində 2018-ci il Boao Asiya Forumu (“Şərqi Davos” kimi də tanınır) keçirilib. “Dünyada tərəqqi naminə açıq və innovativ Asiya” devizi altında müxtəlif ölkələrdən buraya toplaşmış qonaqlar bir çox məsələlər üzrə fikir mübadiləsi aparıb və konsensus əldə etmək, əməkdaşlığa töhfə vermək, iqtisadi qloballaşmanı sürətləndirmək, bəşəriyyətin ortaq taleyi ilə bağlı birlik formalaşdırmaq istiqamətlərində öz təkliflərini verib. ÇXR-in Sədri Si Cinpin açılış mərasimində iştirak edib və “Daha yaxşı gələcək naminə böyük tərəqqi və innovasiyalar üçün açıqlıq” mövzusunda mühüm nitq söyləyib. O, öz nitqində Çinin yeni dövrdə inkişaf istiqamətlərini əhatəli şəkildə əsaslandırıb, gələcək perspektivlərlə bağlı yeni təkliflər irəli sürüb, islahatların dərinləşdirilməsi və açıqlığın genişləndirilməsi üzrə yeni tədbirlər barədə məlumat verib, qarşılıqlı faydalı əməkdaşlığa dair qətiyyətli ideyanı bütün dünyaya bəyan edib. Bu nitq Çinin xarici siyasətinin inkişafı, o cümlədən Çin-Azərbaycan münasibətləri, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi, “Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində ümumi tərəqqi və işbirliyinin möhkəmləndirilməsi üçün yol göstərib və pəncərə açıb.

Bu gün AZƏRTAC-ın dəyərli platformasından istifadə edərək, ÇXR-in Sədri Si Cinpinin çıxışının məzmununu Azərbaycan xalqı ilə paylaşmaq və Çinlə Azərbaycan arasında dostluq münasibətlərinin və əməkdaşlığın gələcəyindən danışmaq istərdim.

2018-ci ildə Çində islahatlar və açıqlıq siyasətinin başlanmasının 40 ili tamam olur. Qırx il ərzində ölkə sosial-iqtisadi və digər sahələrdə bütün dünyanın diqqətini cəlb edən böyük nailiyyətlər və tərəqqi əldə edib. Çinin təcrübəsi və həyata keçirdiyi tədbirlər göstərir ki, islahatlar və açıqlıq siyasəti təkcə Çin xalqının inkişaf, innovasiya və gözəl həyatla bağlı tarixi tələbinə deyil, habelə dünyanın tərəqqiyə, əməkdaşlıq və sülh şəraitində yaşamağa yönəlmiş tarixi tendensiyasına uyğundur. Bu, həm də onu sübut edir ki, ölkənin və millətin inkişafı və tərəqqisi üçün zamanla ayaqlaşmaq lazımdır.

Qırx il ərzində Çin xalqının zəhmətsevərliyi və gərgin fəaliyyəti nəticəsində ölkədə möhtəşəm dəyişikliklər baş verdi və Çinsayağı sosializmin önü müvəffəqiyyətlə açıldı. Bu, sistemin təminatı və 1,3 milyard çinlinin gərgin işinin təşkili üzrə ideoloji rəhbərliyin qüdrətini nümayiş etdirdi. Beləliklə, Çin böyük hədəfə - bəşəriyyətin sülh şəraitində inkişafına mühüm töhfə vermiş oldu. Çin xalqı bu prosesdə özünəməxsus sosializmi davamlı olaraq təkmilləşdirməklə və bütün struktur maneələrini aradan qaldırmaqla, dəyişiklikləri və özünüyeniləməni cəsarətlə apardı. Bütün bunlar sistemin təminatının böyük gücünü göstərdi və Çinsayağı sosializmin uğurlu inkişafına şərait yaratdı.

Yorulmaz səylər sayəsində 40 ildən sonra Çin dünyanın ikinci iqtisadiyyatına, nəhəng sənaye və ticarət ölkəsinə, həmçinin böyük valyuta ehtiyatlarına malik dövlətinə çevrildi. Qiymətlərin müqayisəli hesablamalarına görə, ÜDM-in orta illik həcmi 9,5 faiz təşkil edir, xarici ticarətin ABŞ dollarında həcmi isə orta hesabla ildə 14,5 faiz artıb. İnsanların həyatındakı ehtiyacı bolluq əvəzləyib, yoxsulların yerini isə imkanlı orta təbəqə tutub. BMT-nin hazırki standartlarına uyğun olaraq, 700 milyon insan yoxsulluğa müvəffəqiyyətlə qalib gələ bilib ki, bu da həmin dövrdə yoxsulluğu azaldan dünya əhalisinin 70 faizindən çoxu deməkdir.

İslahatlar və açıqlıq siyasəti Çinin bütün dünya ilə birgə inkişaf və tərəqqi istiqamətində böyük addımı oldu. Çin dünya ölkələri üçün özünün açıqlıq üzrə əsas dövlət siyasətinə sadiqdir, Dünya Ticarət Təşkilatına qoşulmaqdan tutmuş, “Bir kəmər və bir yol” təşəbbüsünü həyata keçirməklə, öz qapılarını hər zaman əməkdaşlığa açıq saxlayır, Asiya və bütün dünyada maliyyə böhranlarının aradan qaldırılmasında mühüm rol oynayır. Uzun illərdir ki, Çinin dünya iqtisadiyyatına töhfəsi 30 faizi ötür. Beləliklə, ölkə dünya iqtisadiyyatının inkişafında sabitləşdirici və aparıcı rol oynayır, bəşəriyyətin ümdə məqsədi olan sülh və ümumi tərəqqiyə yardım edir. Bu təkcə Çini dərindən dəyişməyib, eyni zamanda, dünyaya ciddi təsirini göstərib.

Çindəki islahatların təcrübəsi göstərir ki, hazırda sülh, açıqlıq və innovasiya dünyanın inkişafının ümumi tendensiyasıdır və “soyuq müharibə” ideologiyası, “sıfır məbləğlə oyun”, təkəbbür, qapalılıq, mühafizəkarlıq yalnız tənəzzülə, geriləməyə səbəb olur. Sülh şəraitində inkişaf, əməkdaşlıq və həqiqi islahatlar ümumi fayda və tərəqqi gətirir. Tarixi axına qoşularaq və insanların rifahının yüksəldilməsi hədəfindən çıxış edərək, Çinin Sədri Si Cinpin bəşəriyyətin ortaq taleyi ilə bağlı birlik yaradılması təklifini irəli sürüb. Bir çox ölkələr və xalqlar bu təşəbbüsə qoşulublar. Çinlilər dünyanın bütün xalqları, o cümlədən Azərbaycan xalqı ilə birgə mehribanlıq şəraitində fəaliyyət göstərməyə, əl-ələ verərək irəliləməyə və bəşəriyyətin ortaq taleyi ilə bağlı birlik və sülhün, sabitliyin, tərəqqinin, gözəllik və səmimiliyin hökm sürdüyü bir bəşəri ocağın yaradılması naminə birləşməyə hazırdırlar.

ÇXR-in Sədri Si Cinpin nitqində vurğulayıb ki, insan cəmiyyətinin inkişaf tarixi açıq cəmiyyətin tərəqqiyə, qapalılığın isə geriliyə səbəb olduğunu göstərib. Artıq dünya hər kəsin bir-birinə sıx bağlı olduğu qlobal kəndə çevrilib, bütün ölkələrin sosial-iqtisadi inkişafı tədricən qarşılıqlı asılılıq üzərində qurulur və belə olan təqdirdə birgə fəaliyyətə yardım edilməsi və əməkdaşlıq prosesinin sürətləndirilməsi ümumi tərəqqi üçün qaçılmaz seçim olur. Ötən qırx il müddətində Çinin sosial-iqtisadi uğurları açıqlıq şəraitində əldə edilib. Ölkənin yüksəkkeyfiyyətli iqtisadi inkişafı, heç şübhəsiz ki, daha açıq şəraitdə həyata keçirilməlidir. Çin qapılarını heç vaxt dünyaya qapamayacaq, əksinə, daha geniş açacaq. Bu, inkişaf tələbatına əsaslanan strateji seçim, həmçinin iqtisadi qloballaşma və dünya xalqlarına, o cümlədən Çin və Azərbaycan xalqlarına kömək etmək üçün əməli addımdır.

Sədr Si Cinpin öz nitqində bəyan edib ki, Çin açıqlığın genişləndirilməsi üçün bir sıra zəruri tədbirlər görülməsi, o cümlədən bazarın daha çox əlçatan olması, daha cəzbedici investisiya mühitinin yaradılması, əqli mülkiyyətin mühafizəsinin gücləndirilməsi, ixracın həcminin artırılması və digər sahələr üzrə addımlar atılması qərarına gəlib. Bu qərar Çin tərəfindən müstəqil şəkildə və heç bir üçüncü tərəfin təsiri olmadan qəbul edilib. Çinin yuxarıda qeyd olunan mühüm açıqlıq tədbirlərini irəli sürməsi tam səmimi bir addımdır. Açıqlığın bəhrəsinin təkcə Çin xalqına deyil, mümkün qədər daha çox xalqa və ölkəyə, o cümlədən Azərbaycan xalqına və Azərbaycana şamil olunması üçün tezliklə müvafiq siyasət reallaşdırılacaq.

2018-ci ilin noyabrında Şanxayda ilk Çin Beynəlxalq İxracat Sərgisi keçiriləcək. Gələcəkdə hər il təşkil ediləcək bu sərgi Çinin açıqlıq siyasətini genişləndirmək istiqamətində növbəti addım olacaq və müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın biznes nümayəndələri arasında əməkdaşlığın yeni platformasını formalaşdıracaq.

Bəşəriyyətin ortaq taleyi ilə bağlı birliyin yaradılması ideyasının tərkib hissəsi olaraq, Çin “Bir kəmər və bir yol” qurulması üzrə birgə təşəbbüslə çıxış edib. Bu təşəbbüsü Çin irəli sürüb, amma onun imkanları və nailiyyətləri bütün dünyaya məxsusdur. Əgər bütün tərəflər birgə məsləhətləşmə, birgə quruculuq və birgə istifadə prinsipləri ilə hərəkət etsə, onda biz əməkdaşlığa tərəddüdsüz şərait yaradacaq və fikir ayrılıqlarını aradan qaldıra biləcəyik. Həmçinin iqtisadi qloballaşma tendensiyasına uyğun olaraq, dünyanın bütün xalqları üçün faydalı olması baxımından “Bir kəmər və bir yol” təşəbbüsünü beynəlxalq əməkdaşlığın ən genişmiqyaslı platformasına çevirəcəyik.

Çin-Azərbaycan dostluğunun uzun tarixi var, iki min ildən çox əvvəl qədim “İpək yolu” ölkələrimizin xalqlarını sıx birləşdirirdi. Prezidentlər Heydər Əliyev və İlham Əliyevin rəhbərlikləri altında Azərbaycan ölkənin reallıqları ilə uzlaşan özünəməxsus inkişaf yolunu tapdı. Hazırda ölkə stabil siyasət, iqtisadiyyatda tərəqqiyə, daim inkişaf edən cəmiyyətə və davamlı yüksələn beynəlxalq nüfuza malikdir. Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür, regional və çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirak edir, energetika, coğrafi, humanitar və digər sahələrdə tam mənası ilə üstünlüyünü nümayiş etdirərək mühüm nailiyyətlər qazanıb. Azərbaycanın təcrübəsi bir daha sübut edir ki, açıqlıq, inklüzivlik, qarşılıqlı fayda üzərində qurulan siyasət ölkənin hərtərəfli inkişafının təmin olunması üçün mühüm hərəkətverici qüvvədir.

Çin tərəfinin bu təşəbbüsü irəli sürməsindən beş il ötüb. Bu vaxt ərzində Azərbaycan həmişə fəallığı ilə seçilib və təşəbbüsdə iştirak edib. 2015-ci ilin aprelində Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi, iyulda isə Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı oldu. Hazırda qarşılıqlı siyasi etimad daim dərinləşir, iqtisadi əməkdaşlığın geniş perspektivləri var, humanitar əlaqələr gündən-günə möhkəmlənir. İki ölkə arasında nəqliyyat, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın böyük potensialı mövcuddur. İndi əməkdaşlığa dair bir sıra layihələr müzakirə olunur və onların ən yaxın zamanda həyata keçiriləcəyi gözlənilir.

Min mil uzunluğunda yol ilk addımdan başlayır. İşıqlı gələcək bizim əllərimizlə yaradılır. Çin artıq bu gün Azərbaycan da daxil olmaqla, bütün dünya xalqlarına ciddi vədlər verib, o, dünyadakı bütün dostlarını daha fəal və açıq mövqeyi ilə salamlayacaq. Ənənəvi mehriban dostlar və tərəfdaşlar olan Çin və Azərbaycan əməkdaşlığın dərinləşdirilməsi üçün bütün zəruri imkanlara malikdirlər. Açıqlığa və innovasiyalara söykənməklə, əl-ələ verərək irəliləməklə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gözəl gələcəyini birlikdə yaratmalıyıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq