Səfir: Koreya səhiyyə təcrübəsini Azərbaycana ötürmək üçün səy göstərir
Bakı, 15 oktyabr, AZƏRTAC
Koreya Respublikası Azərbaycandakı tibb müəssisələrinin sığorta siyasəti üzrə bacarıqlarının artırılması layihəsi vasitəsilə Koreyanın səhiyyə təcrübəsini Azərbaycana ötürmək üçün səy göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Koreya hökuməti ilə birgə layihəsi çərçivəsində dövlət tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı məqsədilə keçirilən təhvil-təslim mərasimində çıxış edərkən deyib.
Səfir qeyd edib ki, bu layihə vasitəsilə Azərbaycanda səhiyyənin inkişafına töhfə verməyə ümid edir. Bildirib ki, Koreya Azərbaycanın sağlam gələcəyi üçün hər zaman onun yanında olacağına söz verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]