MƏDƏNİYYƏT
Səfir Lətif Qəndilov: Heydər Əliyev Azərbaycanın ümummilli qəhrəmanıdır
![](/files/galleryphoto/2023/1/1200x630/16823416413039964593_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/1682341641242721024_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/1682341641554149496_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16823416412611345108_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16823416413632352300_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16823416413350258297_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16823416411371411883_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16823416413430834307_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16823416416250238839_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16823416412367719126_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16823416414245516222_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/1682341641327677508_1200x630.jpeg)
Bakı, 20 aprel, AZƏRTAC
Qırğızıstan Milli Tarix Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan rəngləri” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında Mədəniyyət Nazirliyinin nümayəndələri, deputatlar, müxtəlif ölkələrin səfirləri, Qırğızıstanın tanınmış xadimləri, habelə Azərbaycan parlamentinin deputatları Musa Quliyev və Cavanşir Feyziyev iştirak ediblər.
Sərgini açan Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov müasir Azərbaycanın təşəkkülündə Heydər Əliyevin mühüm rolunu qeyd edib. O deyib: “1993-cü ildə Azərbaycan öz torpaqlarının təxminən 20 faizini itirdikdə, məhz Prezident Heydər Əliyev bəyan etdi ki, biz onları qaytaracağıq. O, həmişə yerli incəsənət xadimlərini dəstəkləyib, çünki bilirdi ki, məhz bu insanlar Azərbaycan ruhunu təmsil edirlər. Bu səbəbdən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyini necə qeyd edəcəyimiz barədə məsələni müzakirə edəndə qərara gəldik ki, sərgi təşkil edək. Bundan başqa, mən hamınızı mayın 10-da Heydər Əliyevə həsr olunmuş konsertə dəvət edirəm”.
Sərgidə azərbaycanlı rəssam Nailə Qəndilovanın tabloları nümayiş etdirilir. Rəssamın sözlərinə görə, bu əsərlər qırğızıstanlılarda Azərbaycan, onun tarixi və mədəniyyəti haqqında təsəvvür yaratmağa kömək edəcək. N.Qəndilova deyib: “Bu rəsmlər bu və ya başqa dərəcədə Azərbaycan xalqının arzu və ümidlərini əks etdirir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev bu dəyərlərə böyük əhəmiyyət verirdi”.
Tədbirdə, həmçinin Qırğızıstan xarici işlər nazirinin müavini Aybek Moldoqaziev, mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev çıxış ediblər.
Qeyd edək ki, sərgidə Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillər təqdim olunub.
Sərgi aprelin 27-dək davam edəcək.