SƏFİR RİNO HARNİŞ ABŞ DÖVLƏT DEPARTAMENTİNDƏ YÜKSƏK VƏZİFƏDƏ ÇALIŞACAQDIR
ABŞ-ın Bakıdakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, səfir Rino L.Harniş Dövlət Katibi köməkçisinin okeanlar, beynəlxalq mühit və elmi məsələlər üzrə baş müavini vəzifəsinə təyin olunmuşdur. Onun ABŞ-ın Azərbaycandakı səfiri kimi xidmət müddəti 2006-cı ilin avqustunda başa çatmalı idi. Lakin əvəz edəcəyi şəxs 2005-ci ilin dekabrından iş yerini tərk etdiyindən, səfir Harnişdən aprelin 24-də Bakını tərk etmək və aprelin 25-dən yeni vəzifəsinin icrasına başlamaq xahiş olunmuşdur.
Yeni vəzifəsində səfir Harniş Dövlət Departamentində qlobal iqlim dəyişikliyi, quş qripinə qarşı reaksiya, kosmosun tədqiqi kimi məsələlər üzrə xarici siyasət aspektlərində aparıcı rol oynayan 200 işçiyə rəhbərlik edəcəkdir. Azərbaycana yeni səfir gələnədək, ABŞ səfirinin müavini Ceyson Haylənd müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]
Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]