CƏMİYYƏT
Şəhid Cahid Qəniyevin ailəsi ziyarət edilib





Bakı, 4 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev şəhid Cahid Qəniyevin ailəsi ilə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunur.
Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ikiotaqlı mənzillə təmin edilib, ailəyə birdəfəlik sığorta ödənişi və maddi yardımlar verilib. Həmçinin şəhid ailəsi Prezident təqaüdü və ailə başçısını itirməyə görə pensiya ilə təmin edilir. Şəhidin ailə üzvünün məşğulluğuna dəstək də göstərilib.
Fuad Musayev şəhidlərimizin, o cümlədən Cahid Qəniyevin xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını, ailəsi ilə bağlı sosial dəstək tədbirlərinin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, Cahid Qəniyev Tərtər rayonu Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin Sərəncamları ilə o, "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.