Şəhid Ceyhun Mustafazadənin xatirəsinə həsr olunmuş minifutbol turniri başa çatıb
Ağcabədi, 3 noyabr, AZƏRTAC
Ağcabədidə şəhid Ceyhun Mustafazadənin xatirəsinə həsr olunmuş minifutbol turniri başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 19-dan start götürən turnirdə 10-dan çox komanda mübarizə aparıb. Ağcabədi Pedaqoji Kollecində keçirilən turnirin bağlanış mərasimində iştirakçılar əvvəlcə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar. Sonra turnirin final oyunu keçirilib.
Sonda qalib komandalar kubok, diplom və medallarla təltif edilib.