Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidlər xiyabanını, Bakıdakı və regionlardakı xatirə komplekslərini yüz minlərlə insan ziyarət edib

Anım mərasimlərinin iştirakçıları: 20 Yanvar Azərbaycanın suverenliyi, istiqlaliyyəti uğrunda mübarizənin başlanğıc nöqtəsi oldu

Bakı, 20 yanvar, AZƏRTAC

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın müasir tarixinə şanlı səhifə yazıldı. 20 Yanvar faciəsi qan yaddaşımızda hüzn və kədər, qürur və qəhrəmanlıq simvolu kimi yer alıb. Xalqımız həmin gecə şəhid olan qəhrəman oğul və qızlarının xatirəsini daim əziz tutur və ehtiramla yad edir. Bu günlər Qanlı Yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar Bakıda, eləcə də respublikamızın hər bir bölgəsində izdihamlı anım mərasimləri keçirilir.

AZƏRTAC xəbər verir ki, yanvarın 20-də səhər tezdən başlayaraq axşamadək paytaxtımızdakı Şəhidlər xiyabanına axışan on minlərlə insan şəhid məzarları önündən keçərək onların xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Zaman keçdikcə 20 Yanvarın tariximizdəki yeri və rolu daha aydın dərk olunur. Həmin hadisələr Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi, azadlığa gedən yolumuzun başlanğıcı kimi dəyərləndirilir. Bu yolda ilk cığırları məhz 20 Yanvar şəhidləri açıblar. Dövlət müstəqilliyimizin bərpası və suverenliyimiz üçün, ilk növbədə, onlara borcluyuq.

Bu fikirləri Şəhidlər xiyabanını ziyarət edən hər kəsin dilindən eşitmək olardı. Onlar deyirdilər ki, Qanlı Yanvar faciəsinin səhəri günü ümummilli lider Heydər Əliyevin həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, sovet rəhbərliyinin Bakıda törətdiyi qanlı qırğını qətiyyətlə pisləməsi xalqımıza təpər və güc verdi, ona böyük dayaq oldu.

Sonradan Ulu Öndər şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ardıcıl addımlar atdı. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yenidən quruldu, “20 Yanvar” dairəsində şəhidlərin memorial abidə kompleksi ucaldıldı. Şəhid ailələri, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillər dövlətimizin başçısının hərtərəfli qayğısı ilə əhatə olunub.

AZƏRTAC-ın müxbirləri 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Bakıda və respublikamızın bölgələrində keçirilən anım tədbirlərinin iştirakçılarından müsahibələr alıblar. Müsahibələri təqdim edirik.

Azər Nəbiyev (Bakı sakini, şəhidlərin dəfn komissiyasının üzvlərindən biri): Şəhidlər xiyabanına tez-tez gəlirəm. Hər dəfə də o günləri yenidən xatırlayıram. Həmin qanlı hadisələrin canlı şahidiyəm. Tankların altında əzilən insanların iniltisi hələ də qulağımdan getməyib. Şəhidlərin bir çoxu tanınmaz hala salınmışdı və onları dəfn etmək çox ağır idi. Lakin bu dəhşətli qırğın xalqımızı sarsıtmadı. İnsanlar üzərinə gələn tankların, avtomatlı əsgərlərin qabağından qaçmadılar. Əksinə, xalqımız yumruq kimi birləşdi, mübarizə yolundan dönmədi və nəhayət, yenidən müstəqilliyə qovuşdu.

Həmin gecə şəhidlərimiz öz qanları ilə şərəfli bir tarix yazdılar. 20 Yanvar hadisəsi itkilərimizə görə faciə hesab edilsə də, bütövlükdə millətimizin tarixinə qızıl hərflərlə yazılmış şərəfli və qəhrəmanlıq tarixidir. Biz bu günü heç vaxt unutmayacağıq. Şəhidlərin xatirəsi hər zaman müqəddəs tutulacaq.

Aidə Tomuyeva (Bakı sakini, 20 Yanvar hadisələrinin şahidi): Şəhidlərimizin xatirəsini yad etmək üçün ailəliklə Şəhidlər xiyabanına ziyarətə gəlmişik. Gənc nəslin bu faciə barədə məlumatlandırılması çox önəmlidir. Ona görə də mütəmadi olaraq uşaqlarımızı Şəhidlər xiyabanına gətiririk.

Dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Həmin gecə zirehli texnika və tankların dinc sakinləri, təcili tibbi yardım maşınlarını necə əzib keçdiyi hələ də gözümün qabağındadır. Nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq. Onlar bizim azadlığımız, müstəqilliyimiz və firavan həyatımız uğrunda canlarını qurban veriblər. 20 Yanvar hadisələri xalqımızın qan yaddaşına əbədi həkk olunub.

Nayidə Nuriyeva (şəhid Bəhruz Nuriyevin anası): 20 Yanvar istiqlal yolumuzda ilk zirvə, milli mənlik şüurumuzun oyanış günüdür. Bu hadisələr, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq gənc nəslin vətənpərvər ruhda yetişməsinə böyük təsir göstərib.

Mən şəhid anasıyam. Oğlum Bəhruz Nuriyev Qarabağ döyüşlərində qəhrəmancasına həlak olub. O, 1993-cü il iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirdi, son nəfəsinədək düşmənlə döyüşdü. Mənim, eləcə də bütün şəhid analarının yeganə təsəllisi işğal altındakı torpaqlarımızın qaytarılması olardı.

Şəhidlərimizin Azərbaycanın müstəqilliyi, azadlığı və firavan gələcəyi uğrunda tökülən qanları hədər getməyib. Hər birimiz Şəhidlər xiyabanına gələrkən istər-istəməz kədərlənirik. Geri qayıdanda isə bu kədər qürur hissi ilə əvəz olunur. Əminəm ki, qədirbilən xalqımız azadlıq və torpaq naminə canlarından keçmiş qəhrəman övladlarını heç vaxt unutmayacaq.

Gülnarə Qəmbərova (Nərimanov rayonunun 212 saylı orta məktəbin müəllimi): Hər il 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxt məktəblilərinin, şagird və müəllimlərin Şəhidlər xiyabanına ziyarəti təşkil edilir. Bu, onlar üçün əsl vətənpərvərlik dərsidir. Hər il olduğu kimi, bu il də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan oğul və qızlarımızın məzarlarını ziyarətə öz şagirdlərimlə, onların valideynləri ilə birlikdə gəlmişik. Bu, uşaqların yaddaşında daim qalacaq və onlar şəhidlərimizi heç vaxt unutmayacaqlar.

20 Yanvar haqqında danışanda kövrəlirəm. Bir müəllim kimi, 20 Yanvar günü xalqımızın başına gətirilən müsibəti şagirdlərimə çatdırmağa çalışıram. Şəhidlər xiyabanına gələn şagirdlər xalqımızın azadlıq yolunda böyük itkilər verdiyinin şahidi olurlar. Burada mərd Vətən övladlarının uyuduğunu görürlər. Bu ağrı-acını Azərbaycan xalqı bu gün də xatırlayır və daim qəlbində yaşadır.

Sultan Əzimzadə (20 Yanvar İctimai Birliyinin sədri): Özlərinə əbədiyyət heykəli ucaldan 20 Yanvar şəhidləri xalqımızın qəlbində həmişə yaşayacaq. Şəhidlər hər cür hörmət və ehtirama layiqdirlər. Həmin faciə zamanı şəhid olanların ailələri və hadisə zamanı yaralananlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Son beş ildə şəhid ailələrinə və əlillərə 78 mənzil və 107 minik avtomobili verilib. Bundan başqa, Prezidentin Fərmanına əsasən, 20 Yanvar şəhidi fəxri adı alanların ailələrinə 300 manat, həmin hadisələr zamanı əlil olanlara isə əlillik dərəcəsindən asılı olaraq 110 manatdan 165 manatadək aylıq təqaüd təyin edilib. Həmçinin 20 Yanvar şəhidlərinin vaxtilə yaşadıqları bina və mənzillərə onların barelyefi vurulub. 20 Yanvar İctimai Birliyi də şəhid ailələrinin qayğı və problemlərinin həllində yaxından iştirak etməyə, onlara lazımi kömək göstərməyə çalışır.

Aybəniz Əliyeva (Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyalar İnstitutunun elmi işçisi): Mən 20 Yanvar hadisələrini öz gözü ilə görənlərdən biriyəm. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən Bakıya qoşun yeridildi. Yüzlərlə vətəndaşımız amansızlıqla qətlə yetirildi. İmperiya əsgərləri paytaxtımızda, eləcə də bölgələrimizdə 147 nəfəri qəddarcasına qətlə yetirdi. Mənfur sovet rəhbərliyi elə düşünürdü ki, bununla xalqımızın gözünü qorxudacaq, onu azadlıq mübarizəsindən çəkindirəcək. Amma unudurdular ki, bu torpaq tarixboyu qəhrəmanlar yetişdirib. Xalqımızın igid övladları tankın, avtomatlı əsgərlərin qabağından qaçmadılar. Onlar öz canları, qanları bahasına xalqı müstəqillik arzusuna çatdırdılar.

Yaxşı yadımdadır, fövqəladə vəziyyət rejiminə baxmayaraq, 20 Yanvar şəhidlərinin dəfnində yüz minlərlə insan iştirak etdi, onlar son mənzilə böyük ehtiramla yola salındı. Bu, həm kədərli, həm də qürurverici səhnələr idi.

Erkan Özoral (Türkiyənin Azərbaycandakı səfiri): Azərbaycanın müstəqilliyi yolunda ilk cığırı 20 Yanvar şəhidləri açıblar. Bu danılmazdır. 28 il əvvəl tarixin ən qanlı hadisələrindən biri yaşanıb. 20 Yanvar tarixə qara gün olaraq yazılıb. İllər keçsə də, bu ağrı ürəklərdə yaşayır. Biz həmin gün qardaşlarımızı itirdik, onlar vətənləri, inandıqları doğru yol uğrunda canlarını fəda etdilər. Eyni zamanda, Azərbaycanın müstəqilliyinə yol açdılar. Yanvarın 20-də Azərbaycanda xalqın iradəsini, xalqın istəyini susdurmağa, bu istək və iradənin qarşısını almağa çalışanlar elə xalqın birliyi nəticəsində əzildilər. Yanvarın 20-də insanlığa qarşı ağır cinayət işlənib. Bizim üzərimizə düşən borc şəhidlərimizin xatirəsini hər zaman yad etmək, keçmişdən dərs götürərək bu cür hadisələrin bir daha yaşanmaması üçün əlimizdən gələni etməkdir. Yəni düşmənlərimizin qarşısında hər zaman güclü olmalı, onların məkrli addımlarını dəf etməliyik.

İnsanlıq, düzgünlük, ədalət, haqq və vətən sevgisi heç zaman qarşısına sədd çəkilməyəcək çox güclü bir hissdir. Türk millətinin tarixində bir daha belə günlərin yaşanmaması üçün tariximizi bizdən sonrakı nəsillərə ən düzgün və geniş şəkildə çatdırmaq lazımdır.

Yusif Abdullayev (“20 Yanvar” İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri): Ötən əsrin 80-ci illərinin sonları və 90-cı illərin əvvəllərində Bakıda olduğu kimi, ölkəmizin bölgələrində də milli azadlıq hərəkatı geniş vüsət almışdı. Həmin günlər Lənkəranda sovet hakimiyyətinə, onun ermənipərəst mövqeyinə qarşı etiraz mitinqləri keçirilirdi. Sovet ordusu azadlıq mücahidlərinin səsini boğmaq üçün 1990-cı il yanvarın 20-də Bakıda qırğın törətdikdən sonra Azərbaycanın bölgələrinə tanklar yeritdi. Yanvarın 24-də Cəlilabad rayonunda həbslər başlandı, yanvarın 25-də Neftçala rayonunda iki nəfər qəhrəmancasına həlak oldu. Bundan iki gün sonra sovet imperiyası Lənkəran şəhərinə qoşun yeritdi. Sovet hərbçilərinin burada törətdiyi vəhşiliklər nəticəsində 6 sakin şəhid oldu. Sonra Haftoni meşəsində 5 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.

Həmin hadisələr zamanı qardaşım Tariyel Abdullayev də şəhid oldu. O, Lənkərandan Bakıya helikopterlə aparılan 45 nəfərdən biri idi. Qardaşımın aqibətini yalnız fevralın 8-də Respublika Dəfn Komissiyası vasitəsilə öyrənə bildik. Məlum oldu ki, qardaşım Bakıya aparılarkən məftillə boğulub və paytaxtda “Salyanski kazarma”nın yanında kimsəsiz kimi küçəyə atılıb. Yanvarın 31-də Şəhidlər xiyabanında “Əli” adı ilə dəfn olunub. Bunu öyrəndikdən sonra fevralın 11-də Bakıda qardaşımın dəfn mərasimini keçirdik.

Taleh Hüseynov (Quba sakini, 20 Yanvar şəhidi Rahib Hüseynovun oğlu): Atam Rahib Hüseynov şəhid olan zaman mən keçmiş sovet ordusunun sıralarında xidmət edirdim. O vaxt bizim Azərbaycanda baş verən hadisələrdən, ümumiyyətlə, xəbərimiz yox idi. Mərkəzi televiziyalarda, radioda bu barədə heç nə deyilmirdi. Atamın şəhid olmasını yalnız hərbi xidməti başa vurub qayıtdıqdan sonra bildim. Evimizə dönəndə atamın il mərasimi idi.

Eşitdim ki, atamın olduğu avtomobili “Salyanski kazarma” deyilən yerdə atəşə tutublar. Yaralanmış atamı ağır vəziyyətdə xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. O, Quba şəhər qəbiristanlığında dəfn edilib.

Bu gün azad, müstəqil olmağımızda 20 Yanvar şəhidlərinin böyük rolu var. Onlar xalqımızın mübarizlik simvoluna çevriliblər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, azadlığı uğrunda həlak olan şəhidlər qəlbimizdə daim yaşayacaq.

X X X

Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanına insan axınının ardı-arası kəsilmir, şəhid məzarları al qərənfillərə qərq olurdu. Burada yaşanan izdiham qəhrəman Vətən övladlarının əziz xatirəsinə bəslənən sonsuz hörmət və ehtiramı bir daha nümayiş etdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO