ŞƏHİDLƏRİMİZİN XATİRƏSİ XALQIMIZIN QAN YADDAŞINDAN SİLİNMƏYƏCƏKDİR
Bakı, 19 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə mübarizlik, dönməzlik, qəhrəmanlıq salnaməsi kimi daxil olmuşdur. Həmin gün xalqımız hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, özünün Vətənə sədaqətini, şücaətini, azadlıq, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirmişdir.
Bu fikirlər yanvarın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 20 yanvar faciəsinin 20 illiyinə həsr olunmuş tədbirdə səslənmişdir.
Universitetin müəllimi, respublikanın əməkdar artisti Ağalar Bayramov faciənin başvermə səbəbləri, keçmiş sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər, insanlığa sığmayan cinayətləri barədə danışmışdır.
Qeyd olunmuşdur ki, müasir Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsi heç zaman qədirbilən xalqımızın qan yaddaşından silinməyəcəkdir.
Universitetin rejissorluq fakültəsi tələbələrinin ifasında səhnə danışığı kafedrasının dosenti, əməkdar artist Mahirə Yaqubovanın ssenari müəllifi və rejissoru olduğu “Heç nə unudulmur ” ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [23:08]
27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH
- 27.09.2026 [22:17]
Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib
- 27.09.2026 [22:04]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:58]
AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
- 27.09.2026 [21:51]
BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
- 27.09.2026 [21:47]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:40]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:35]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [21:32]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [21:27]
Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH
- 27.09.2026 [20:17]