ŞƏKİ XANLARININ SARAYINDA TAPINTI
Şəkidəki “Xan sarayında” bərpa işləri aparan mütəxəssislər maraqlı tapıntı aşkar etmişlər. Onlar qədim yeraltı su kəmərini təmizləyərkən xeyli mis pul tapmış və dərhal Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki folklor qrupuna məlumat vermişlər.
Qrupun baş elmi işçisi Nəsib Muxtarov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, XVIII əsrə aid olan mis pulların bir üzündə Şəki xanı olmuş Hüseyn xanın rəsmi, digər üzündə isə xanlığın gerbi və şir şəkli təsvir edilmişdir. Bu tapıntı numizmatlara dəyərli elmi faktlar verəcəkdir. Bundan sonra arxeoloqlar sarayda bərpaçı ustalarla birlikdə işləyəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]