Səkkiz ayda Azərbaycanda 68 mindən çox körpə doğulub
Bakı, 15 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68 min 129 körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 11,2-dən 10-a düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulan uşaqlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 2252-si əkiz, 96-sı üçəm, 4-ü isə dördəm doğulub.
Cari ilin səkkiz ayında ölkədə 39 min 684 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 6-dan 5,8-ə enib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]